Daha bir azərbaycanlı futbolçu yenidən legioner həyatı yaşayacaq.
Sportinfo.az xəbər verir ki, ötən mövsümü Şimali Makedoniyada - “Renova”da keçirmiş Nazim Məmmədzadə İspaniyaya yollanmağa hazırlaşır.
“Neftçi-2”də çıxış etmiş yarımmüdafiəçi "Moralo" ilə anlaşıb. O, İspaniyanın 5-ci liqasında yarışan klubla birillik müqavilə imzalayacaq.

