Almaniya III Bundesliqasında VII turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" səfərdə "Essen"in qonağı olub.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 32 yaşlı yarımmüdafiəçi 90 dəqiqə meydanda olub. O, 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
7 turdan sonra 3 xal toplayan "Aue" tunir cədvəlinin 20-ci - sonuncu pilləsində qərarlaşıb.

