Mahir "Riyeka"ya qarşı oynadı, "Dinamo" 3 qolla qazandı

3 Sentyabr 2022 02:10 Bizimkilər 1 151
Mahir "Riyeka"ya qarşı oynadı, "Dinamo" 3 qolla qazandı

Xorvatiya çempionatında VIII tura start verilib.

Sportinfo.az xəbər verir ki. Azərbaycan millisinin üzvü mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" doğma meydanda "Riyeka"nı qəbul edib.

Qarşılaşma Zaqreb təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 25 yaşlı hücumçu 77-ci dəqiqədə Dario Spikiçin əvəzinə meydana daxil olub.

Xallarını 22-yə yüksəldən "Dinamo" liderliyini davam etdirir. Ante Çaçiçin yetirmələri ən yaxın izləyicisi olan "Slaven"i hazırda 8 xal qabaqlayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti