Minifutbol üzrə Azərbaycan çempionu "Beerbaşa" EMF Çempionlar Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanaraq daha bir tarixi nailiyyətə imza atıb.
Sportinfo.az xəbər verir ki, "Beerbaşa" Rumıniyadaın AEK-i (Oradya) 4:0 hesabı ilə məğlub edib.
Qolları Elvin Əlizadə, Emin Əliyev, Cəfər Cəfərov və Emil Məmmədov vurub. Bununla da komanda 6 xalla B qrupunun lideri olub və 1/8 finala adlayıb.
"Beerbaşa" ilk turda Çexiyanın "La Plate de Kunde" komandasına 1:2 uduzub. Azərbaycan çempionu daha sonra Bolqarıstanın "DXC Texnoloci" komandasını 5:1 hesabı ilə məğlub edib.

