Azərbaycan komandası Çempionlar Liqasında ilk qələbəsini qazandı

2 Sentyabr 2022 00:40 Bizimkilər 775
Azərbaycan komandası Çempionlar Liqasında ilk qələbəsini qazandı

Azərbaycanın “Beerbaşa” komandası minifutbol üzrə Çempionlar Liqasında növbəti oyununu keçirib.

B qrupunda çıxış edən kollektiv II turda Bolqarıstandan "DXC Technology” ilə qarşılaşıb.

Rəqibini 5:1 hesabı ilə məğlub edən "Beerbaşa" avrokuboklarda qələbə və xal qazanan Azərbaycan klubu kimi adını minifutbol tarixinə yazdırıb.

Azərbaycan təmsilçisi B qrupundakı ilk matçında Çexiyanın "La Plata De Künde Praqa" komandasına 1:2 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti