Azərbaycanlı futbolçu İtaliya klubu ilə müqavilə bağladı - FOTO

1 Sentyabr 2022 03:00 Bizimkilər 1 953
Azərbaycanlı futbolçu İtaliya klubu ilə müqavilə bağladı - FOTO

Azərbaycanlı futbolçu Raul Yaqubov İtaliyada oynayacaq.

Sportinfo.az xəbər verir ki, sportal.az saytına bu barədə futbolçu özü məlumat verib.

O, İtaliya C seriyasında mübarizə aparan "Monterosi" ilə bir illik müqavilə imzaladığını söyləyib.

Futbolçu artıq komandanın düşərgəsində məşqlərə başlayıb.

Klub Latsio rayonunu təmsil edir. Latsio isə İtaliyanın paytaxtı Roma şəhərinin rayonlarından biridi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti