Mahir Emreli "Dinamo"dan xahiş etdi – Məni icarəyə verin, gedim

30 Avqust 2022 11:46 Bizimkilər 4 383
Mahir Emreli "Dinamo"dan xahiş etdi – Məni icarəyə verin, gedim

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli «Dinamo» rəhbərliyinə müraciət edib.

Bu ilin fevralında «Legiya»nı Zaqreb klubuna dəyişən 25 yaşlı forvard indi də Xorvatiyadan ayrılmaq istəyir.

Millimizin üzvü yerli funksionerlərdən icarəyə verilməsini xahiş eləyib. Mahir bildirib ki, ardıcıl zədələrdən sonra əsas heyətdə yerini itirib və tez-tez meydana çıxmaq şansı qazanmır.

O, oyun praktikası qazana biləcəyi komandaya getməyi planlaşdırdığını söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti