Azərbaycanlı futbolçu Almaniya klubu ilə anlaşdı

29 Avqust 2022 03:00 Bizimkilər 1 051
Azərbaycanlı futbolçu Almaniya klubu ilə  anlaşdı

Ukraynanın U-19 yığmasının sabiq üzvü, əslən Azərbaycandan olan Emin Səfixanov Almaniyada oynayacaq.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüda aşağı liqada çıxış edən “Solingen" ilə müqavilə imzalayıb.

O, mövsümə Ukraynada - "Podolye"də başlamışdı.

Ancaq Türkiyə toplanışı zamanı Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində bu ölkəyə qayıda bilməmişdi. Futbolsuz qalmamaq üçün Polşada aşağı liqada oynayan Səfixanov Almaniyaya yollanıb.

“Metallurq”(Donetsk), “Metallist”(Xarkov), “Zarya”, “Çayka”, “Arsenal”(Kiyev), “Olimpik”(Donetsk), “Qornyak-Sport”da çıxış etmiş Emin 1999-cu ildə Sumqayıtda dünyaya gəlib.

Sonradan isə o, ailəsilə birlikdə Ukraynaya köçüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti