“Servett” öz qapısını azərbaycanlı forvardın "üzünə bağladı" - VİDEO

29 Avqust 2022 02:00 Bizimkilər 1 172
“Servett” öz qapısını azərbaycanlı forvardın "üzünə bağladı" - VİDEO

İsveçrə çempionatında 6-cı turun matçları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin forvardı Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” növbəti oyununu keçirib.

Onlar səfərdə “Servett”lə qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətində çıxan Renat 75-ci dəqiqədə əvəzlənib.

​“Qrasshopper” hazırda 9 xalla 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti