Çempionlar Liqasınd qrup mərhələsinin püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən tədbirdə millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”sunun da rəqibləri müəyyənləşib.
Xorvatiya klubu E qrupunda “Milan” (İtaliya), “Çelsi” (İngiltərə) və “Zalsburq”la (Avstriya) mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.

