Mahir Emreli Avropaya əylənməyə gedib, yoxsa..? - VİDEO

24 Avqust 2022 20:00 Bizimkilər 2 417
Mahir Emreli Avropaya əylənməyə gedib, yoxsa..? - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Zaqreblilər "Budö Qlimt"lə (Norveç) bu dəfə evdə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İlk matç Norveç klubunun minimalhesablı qələbəsi ilə başa çatıb.

Azərbaycanda bir çoxlarını maraqlandıran sual odur ki, görəsən, Mahir nə vaxt Zaqreb komandasının aparıcı üzvlərindən birinə çevriləcək?

Sportinfo TV-nin "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov azərbaycanlı hücumçunun son durumu ilə bağlı sərt fikirlər söyləyib.

Aparıcı-ekspert deyib ki, Mahirin tez-tez zədələnməsi onun karyerasına mənfi təsir göstərir, ən pisi isə bərpa prosesinin çox yubanmasıdır:

“Emreli tez-tez zədələnir, “Dinamo”nun əsas heyətində yer ala bilmir. Baş məşqçi dəyişikliyindən sonra durumu heç də ürəkaçan deyil.

Polşa “Legiya”sından qalmaqalla ayrıldıqdan sonra özünə hələ də gələ bilmir. Hamıya deyir ki, uzun illər Avropada qalmaq istəyir.

Unutmayaq ki, heç kim ona Qurban Qurbanov kimi dəstək nümayiş etdirməyib.

Qurbanov qədər heç kim Mahirin üstündə əsmir. İkinci bir Qurban Qurbanov çətin tapılar.

Son 1 ildə onun üzünü meydançalardan daha çox, gecə klublarında, şou-biznes tədbirlərində görmüşük”.

Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti