Azərbaycanlı məşqçinin “Ayntraxt”a qoşulmasına nə mane olur?

23 Avqust 2022 17:40 Bizimkilər 964
Azərbaycanlı məşqçinin “Ayntraxt”a qoşulmasına nə mane olur?

Azərbaycanlı məşqçi Etibar İbrahimovun Çinə səfəri yubanır.

Buna səbəb Bakıdan Pekinə təyyarə ilə bağlı yaranmış problemdir.

Pro kateqoriyalı mütəxəssis iyulun əvvəlindən bu yana dörd dəfə bilet sifariş etsə də, bütün hallarda reyslər təxirə salınıb. Səbəb isə pandemiyanın yaratdığı çətinlikdir.

Bu barədə İbrahimovun özü saytımıza açıqlamasında bildirib. 45 yaşlı mütəxəssis hansısa əngəl yaranmayacağı halda, avqustun 31-də Bakıdan Minskə, sentyabrın 2-də isə Belarusun paytaxtından Pekinə uçacağını söyləyib.

Vaxtilə Azərbaycanın U-17 və U-19 millilərində, eləcə də Hindistanın U-17 seçməsində Nikolay Adamın köməkçisi kimi fəaliyyət göstərmiş Etibar İbrahimova “Ayntraxt”ın Çindəki akademiyasında U-14 və U-18 komandalarını çalışdırmaq təklif olunub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti