“Dinamo” 3 xalı 5 qolla qazandı, Mahir kənarda qaldı - VİDEO

21 Avqust 2022 02:50 Bizimkilər 1 480
“Dinamo” 3 xalı 5 qolla qazandı, Mahir kənarda qaldı - VİDEO

Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" doğma meydanda "Osiyek"i qəbul edib.

Zaqreb təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub edib. Mahir Emreli bu oyunda meydana çıxmayıb. O, ehtiyatda qalıb.

6 oyundan sonra 16 xal toplayan "Dinamo" Xorvatiya çempionatının vahid lideridir.

"Dinamo" (Zaqreb) - "Osiyek" - 5:2

Qollar: Orsiç, 3, Petkoviç, 53, Periç, 66, 82, Yurçeviç, 90+4 (avtoqol) - Beljo, 29, Kleinxeysler, 74

Baş hakim: Patrik Kolariç

"Maksimir" stadionu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti