Azərbaycanlı məşqçi Sloveniya klubuna getdi – “Pro” üçün

20 Avqust 2022 09:40 Bizimkilər 1 407
Azərbaycanlı məşqçi Sloveniya klubuna getdi – “Pro” üçün

“Şamaxı”nın sabiq baş məşqçisi Sənan Qurbanov Sloveniyaya yollanıb.

O, hazırda “Tabor”un düşərgəsindədir.

Gənc mütəxəssis dünən “Tabor”un Prva Liqanın 6-cı turu çərçivəsində ”Radomije” ilə keçirdiyi səfər matçını (0:0) canlı izləyib.

Qurbanovun səfərə yollanmasında məqsəd “Tabor”la tanışlıq deyil. Bilindiyi kimi, Sənan bəy hazırda “Pro” kateqoriyalı kurslarda iştirak edir.

Seminarların dorcüncü modeli yaxında başlayıb və tələblərdən biri xarici klubların birində təcrübə keçmək, orada gördükləri əsasında raport hazırlamaq, təqdimat etməkdir.

Qurbanov bir həftədən artıq müddətdə “Tabor”un məşqlərini izləyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti