“Bir neçə gün əvvəl Şimali İrlandiyanın elitasında mübarizə aparan komandasından təklif almışdım”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Amit Quluzadə deyib.
Ötən sezonun sön bölümünü “ATSV Ştadl-Paura”da (Avstriya) keçirən yarımmüdafiəçi yenidən legioner həyatı yaşamaq iddiasındadır.
Bütün çətinliklərə baxmayaraq, o, yerində dayanmaq fikrində deyil. Həvəsdən düşmür, müxtəlif menecerlər vasitəsilə ölkə xaricində özünə yeni iş yeri axtarır:
“Onlar məni təcili ora vçağırırdı. Böyük Britaniyaya şengen vizası ilə getmək olmur, gərək onlara aid vizanı alasan.
Bu proses də vaxt aparır deyə, alınmadı. Başqa oyunçu ilə anlaşdılar”.
Amit Quluzadə Azərbaycanın bütün yaş qruplarından ibarət millilərində çıxış edib.
“Neftçi”, “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), “Drita” (Kosovo), “Milsami” (Moldova) və “Çelik”də (Bosniya və Herseqovina) forma geyinib.

