Millimizin sabiq forvardı Almaniya klubunda - FOTO

19 Avqust 2022 00:30 Bizimkilər 1 258
Millimizin sabiq forvardı Almaniya klubunda - FOTO

Azərbaycan millisinin sabiq hücumçusu Cihan Özkara Almaniyaya qayıdıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı forvard ilk peşəkar komandası olan “Rot Vays Ahlen”lə anlaşıb.

Son olaraq “Sarıyev”də çıxış etmiş hücumçu Almaniya komandası ilə bir illik müqavilə imzalayıb.

Azərbaycanın U-21 yığmasında 6 oyun oynayıb 3 qol vurmuş Özkara, əsas millidə isə 18 matça çıxıb və bir qolla yadda qalıb.

Özkara “Sivasspor”, “Kayseri Erciyesspor”, “Simurq”, “Verl”, “İstanbulspor”, “Afyonspor” forması geyinib.​

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti