Azərbaycan əsilli britaniyalı bacıların bayraq sevgisi - FOTO

18 Avqust 2022 02:50 Bizimkilər 1 810
Azərbaycan əsilli britaniyalı bacıların bayraq sevgisi - FOTO

Dünyanın idman meydançalarında Böyük Britaniyanı təmsil edən azərbaycan əsilli gimnastlar Cesika və Cenifer Qədirova bacıları üçrəngli bayrağımızla foto çəkdiriblər.

Sportinfo.az xəbər verir ki, şəkli əkizlərin atası Nadir Qədirov özünün “Facebook” səhifəsində paylaşıb.

“Ey əziz anam Azərbaycan! Azərbaycandan nə qədər uzaqda olsaq, o qədər də çox vətən sevgimiz var”, - o, qeyd edib.

Bugünlərdə Almaniyanın Münhen şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Cesika Qədirova qızıl medal qazanıb.

17 yaşlı idmançı xalça üzərində sərbəst hərəkətlərdə hamıdan yaxşı nəticə göstərərək Avropa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il