VİDEO: Əla formada olan azərbaycanlı hücumçu yenə qol vurdu, komandasını lider etdi

14 Avqust 2022 02:00 Bizimkilər 1 163
VİDEO: Əla formada olan azərbaycanlı hücumçu yenə qol vurdu, komandasını lider etdi

İsveçrə Super liqasında V turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Qrashoppers" səfərdə "Sion"un qonağı olub.

Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. 23 yaşlı forvard 46-cı dəqiqədə meydana daxil olub. O, 63 dəqiqədə komandasının ikinci qolunu vurub.

Xallarını 9-a yüksəldən "Qrashoppers" İsveçrə Super Liqasının lideridir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM