O, PFL-də vitse-prezident postuna necə təyin olundu? - AÇIQLADI

13 Avqust 2022 23:00 Bizimkilər 1 012
O, PFL-də vitse-prezident postuna necə təyin olundu? - AÇIQLADI

Ramin Musayevin Peşəkar Futbol Liqasının prezidenti postundan ayrılmasından sonra böyük əksəriyyət qurumda ciddi kadr islahatlarının baş verəcəyini ehtimal edirdi.

Futbolda necədir? Baş məşqçi gedəndə köməkçiləri də oradan ayrılır.

Düşünürdük ki, yeni başqan Elxan Səmədov Musayevin dönəmində işləyənləri PFL-dən kənarlaşdırıb, yaxından tanıdıqlarını cəlb edərək öz komandasını quracaq. Amma yox.

Elxan bəyin ilk xoş işi vaxtilə “Karvan”da işləmiş, PFL yaranan gündən qurumun vacib fiqurlarından olmuş Aslan Şahgəldiyevə vitse-prezident postunu həvalə etməsi oldu.

Təcrübəli kadr bundan sonra mətbuatla əlaqələrin qurulmasında yox, PFL-in fəaliyyətinin təşkilindəki işlərdə yaxından iştirak edəcək.

Şahgəldiyev Sportinfo.az-a açıqlamasında təyinatı barədə danışıb:

“Ramin Musayev ayrılanda hamı ilə görüşdü, halallıq aldı və uğurlar arzuladı. Elxan Səmədovun təyinatından sonra PFL-in əməkdaşları yeni rəhbərlə tanış oldu, fikirləri dinlənildi, həmçinin bizə fikir söyləmək imkanı yaradıldı.

Yəni prezidenti dəyişikliyindən sonra kimlərinsə ayrılması söhbət hiss olunmur. Açığı, vitse-prezident təyinatı mənim üçün gözlənilməz oldu.

Niyə? Çünki Elxan müəllimlə danışıqlarımız əsasən daha öncə rəhbəri olduğum Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti ilə bağlı olurdu.

Görülən işlər, hansı istiqamətdə çalışmağımız, gələcək planlar və s. mövzular ətrafında danışırdıq.

Daha öncə PFL-də vitse-prezident postu yox idi. Prezident vəzifəsindən sonra baş direktor gəlirdi.

Vitse-prezident postu yaradılandan sonra Elxan müəllim mənimlə söhbətdə bu işi mənə həvalə etmək istədiyini bildirdi, münasibətimi soruşdu.

Proses sürətlə getdi, bir anın içində oldu. Məsuliyyətli vəzifədir, ümidləri doğrultmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti