
FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
35 yaşlı baş hakim Latviyada RFŞ və Şimali İrlandiyanın "Linfild" komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu idarə edəcək.
Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Avqustun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.