
“İlk məqsədimiz komandanı Premyer Liqada saxlamaqdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un prezidenti Oqtay Abdullayev deyib.
9 ildən sonra Premyer Liqaya dönən qərb klubunun rəhbəri qarşıya hansı hədəf qoyulduğunu açıqlayıb:
“Bacardıqca irəli getmək istəyirik. Allahın köməkliyi ilə istəyimizə çatacağıq.
Bacarıqlı məşqçimiz, istəkli futbolçularımız, ürəyi futbolla döyünən azarkeşlərimiz var.
Və ən vacibi, icra başçısından dəstək görürük. Bunun özü bölgə futbolu üçün vacib məqamdır”.