Futbolçumuzun çempion kluba keçidi alınmadı, yenidən Polşaya qayıtdı

7 Avqust 2022 23:40 Bizimkilər 831
Futbolçumuzun çempion kluba keçidi alınmadı, yenidən Polşaya qayıtdı

Ötən mövsümü Poşanın "Sokol" klubunda keçirən Şahin Zəkiyev Yunanıstandan təklif aldığını xəbər vermişdik.

Həmyerlimizə təklif göndərən klub Yunanıstanın "Asteras Petritis" kollektivi idi.

Ötən mövsüm Yunanıstanın 4-cü liqasında çempion olaraq 3-cü liqaya vəsiqə qazanan kollektivə Şahinin keçidi baş tutmayıb.

Səbəbin qapıçının öz dilindən eşidək:

"Bəli təklif olmuşdu. Mən də getməyə razı idim. Hətta Polşadan aldığım digər təkliflərə də razılıq verməmişdim.

Amma son anda sənədlərdə problem çıxdı. Yunanıstana gedə bilmədim, digər təklifləri dəyərləndirmək də gec oldu".

"Bəs bundan sonrası necə olacaq" sualına isə qolkiper belə cavab verib:

"Son klubum olan "Sokol"un rəhbərliyi sağ olsun. Öz qapılarını üzümə açdılar. Dedilər ki, gəl bizimlə davam elə, daha yaxşı təklifin olsa gedərsən. Sabahdan məşqlərə qoşulacam. Növbəti həftə də çempionat start götürəcək".

22 yaşlı qapıçı ölkəmizdə "Şamaxı" və "Səbail"in şərəfin qoruyub. O, aşağı yaş qrup milli komandalarımızda da oynayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti