"Sabah" Azərbaycan millisinin üzvünün transferindən nə qədər qazanacaq?

7 Avqust 2022 14:40 Bizimkilər 2 413
"Sabah" Azərbaycan millisinin üzvünün transferindən nə qədər qazanacaq?

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcünün Niderlandın Erstedivizion təmsilçisi "Telstar" klubundan bu liqanın digər təmsilçisi "Eyndhoven"ə transfer olunduğu barədə məlumat vermişdik.

Bu keçidin Eyndhoven klubuna 90 min avroya yaxın başa gəldiyi deyilir.

Əldə etdiyimiz məlumata görə, bu transferdən Kökcünün sabiq klubu "Sabah" da qazanacaq.

Belə ki, 2021-ci ildə Bakı klubundan "Telstar"a transfer olunan futbolçunun müqaviləsinə xüsusi bir bənd salınıb.

Məhz bu bəndə əsasən, Niderland klubu Kökcünün növbəti transferindən əldə etdiyi məbləğin təxminən 20 faizini "Sabah"a köçürməlidir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti