Azərbaycanlı "Tvente"nin oyununa təyinat aldı

7 Avqust 2022 02:10 Bizimkilər 547
Azərbaycanlı "Tvente"nin oyununa təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Konfrans Liqasına təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Tvente” (Niderland) – “Çukariçki” (Serbiya) matçının hakim-inspektoru olacaq.

Qeyd edək ki, Niderlanddakı matç avqustun 11-də keçiriləcək.

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək də Niderlanddakı matça təyinat alıb.

Türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin PSV (Niderland) – "Monako" (Fransa) matçının hakim-inspektoru olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!