Mahirə 45 dəqiqə vaxt verildi, "Dinamo"nun qazandığı bu oldu - VİDEO

6 Avqust 2022 13:20 Bizimkilər 912
Mahirə 45 dəqiqə vaxt verildi, "Dinamo"nun qazandığı bu oldu - VİDEO

Millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 4-cü tur oyununa çıxıb.

Sportinfoaz xəbər verir ki, Ante Çaçiçin baş məşqçisi olduğu komanda səfərdə "Varazdin"lə qarşılaşıb.

Matç 1:1 hesabı ilə başa çatıb.

M.Emreli sözügedən görüşdə iştirak edib. Zədəsini yeni sağaldan hücumçu 46-cı dəqiqədə meydana daxil olub.

"Dinamo" hazırda 10 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

"Varazdin" - "Dinamo" (Zaqreb) - 1:1
Qollar
: Şpikiç, 45+1 (0:1), Seqo, 63 (1:1)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"