Namiq qol pası verdi, “Bursaspor” yenə uduzdu – VİDEO+FOTOREPORTAJ

21 Noyabr 2021 12:40 Bizimkilər 1 225
Namiq qol pası verdi, “Bursaspor” yenə uduzdu – VİDEO+FOTOREPORTAJ

Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “İstanbulspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.

Namiq də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

Bursalıların 28-ci dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini də azərbaycanlı futbolçu verib. Millimizin üzvü 33-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Bursaspor” 13 turdan sonra 14 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti