Azərbaycan Premyer Liqasında 6 yeni klub? – Şimali Kiprdən

19 Noyabr 2020 14:00 Azərbaycan Futbolu 1 023
Azərbaycan Premyer Liqasında 6 yeni klub? – Şimali Kiprdən

Futbol meneceri Tekin Birinci Şimali Kipr klublarının bəzilərinin Azərbaycan çempionatında oynamasını təklif edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “tribunkibris.com” saytı məlumat yayıb.

Menecer Azərbaycan çempionatında 8 klubun olduğunu vurğulayaraq, Şimali Kiprdən 4-6 komandanın Premyer Liqaya qatılması və beləcə, Azərbaycan çempionatında iştirakçı sayının 12-yə yüksəldilməsiylə bağlı Şimali Kipr prezidenti Ersin Tatara müraciət edib.

Şimali kiprli olan Birinci, bununla, yerli klubların Avropaya çıxmaq şanslarının daha çox olacağını qeyd edib.

Tekin Birinci Ersin Tatardan Azərbaycana səfəri zamanı bu məsələnin müzakirə edilməsini də xahiş edib.

Digər Xəbərlər
Xəbər Lenti