Azərbaycanlı hücumçunun 2 qol vurduğu oyundan МİDEO

2 Avqust 2020 14:20 Azərbaycan Futbolu 811
Azərbaycanlı hücumçunun 2 qol vurduğu oyundan МİDEO

Latviya 1-ci liqasında 5-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” səfərdə “Saldus” ilə qarşılaşıb.

Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 6:1. Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan azərbaycanlı futbolçu sonadək mübarizə aparıb.

Əsgərov bu görüşdə dubla imza atıb. 72-ci dəqiqədə özünün ilk qolunu vuran forvard, 90+1-ci dəqiqədə penaltidən fərqlənməklə “Super Nova”da bu mövsüm vurduğu qolların sayını 3-ə çatdırıb.

5 oyuna 10 xal toplamış “Super Nova” 9 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!