
Prezident İlham Əliyev Elmar Məmmədyarovun Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sportinfo.az xəbər verir ki, sərəncamla Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilib.
Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin üzvüdür.
Prezident başqa bir sərəncamla Ceyhun Əziz oğlu Bayramovu Xarici İşlər naziri təyin edib. Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad olunub.