Qurbanov lazım deyil?

26 May 2020 22:40 Azərbaycan Futbolu 801
Qurbanov lazım deyil?

Koronavirus pandemiyasına görə martdan bəri dayandırılan Çexiya çempionatlarında 2019/20 mövsümü bu gün bərpa olunub.

Sportinfo.az xəbər verir ki, 2-ci liqada mübarizə aparan “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi sözügedən klub 18-ci tur çərçivəsində səfərdə “Vitkoviçe” ilə qarşılaşıb. Jijkov klubu fasilədən sonrakı ilk oyunundan qələbə ilə ayrılıb – 1:0.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Daha çox əvəzedici heyətdə oynayan Samir isə bu matçın iştirak ərizəsinə daxil edilməyib. “Viktoriya” 17 oyuna topladığı 29 xalla 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"