Bu gün Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 1 qarşılaşma keçirilib.
"Ağdaş" öz meydanında "Hypers"i qəbul edib. Oyun qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 2-ci liqa təmsilçilərinin iştirak etdiyi 1-ci təsnifat mərhələsi bir oyundan ibarətdir.
“Ağdaş” – “Hypers” 1:6
Qollar: Ü.Mahmudov, 14 – V.Əşrəfli, 4, 9,77, A.Babazadə, 44, 74, A.Nəzərov, 90
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə
Ağdaş şəhər stadionu
7 oktyabr (çərşənbə)
“Qaradağ Lökbatan” – “Şəki” - 12:0
“Şəmkir” – “Ağstafa Gəncləri” - 1:5
8 oktyabr (cümə axşamı)
“Difai” – “Zəngəzur” - 1:3
“Marafon” – “Dinamo” - 3:0
“Şirvan” – “Kür-Araz” - 1:3
2-ci turun bütün cütlükləri
“İmişli” – “Qaradağ-Lökbatan”
"Mingəçevir" - "Qəbələ"
“Səbail” – “Zirə”
Kəpəz – "Bakı Sportinq"
MOİK – “Şahdağ-Qusar”
"Xankəndi" - "Gəncəbasar"
"Şimal" - "Araz-Naxçıvan"
“Şəfa” – “Ağstafa Gəncləri”
“Karvan-Yevlax” – “Zəngəzur”
“Zaqatala” – “Marafon”
"Sumqayıt" - "Kür-Araz"
"Hypers" – "Şamaxı"
