Avropaya gedən “Qarabağ”lı, baş məşqçi olan “Neftçi”li: liqada klubların sayı artacaq - VİDEO

9 Oktyabr 11:40 Azərbaycan Futbolu 1 382
Avropaya gedən “Qarabağ”lı, baş məşqçi olan “Neftçi”li: liqada klubların sayı artacaq - VİDEO

"Sportinfo TV"də yayımlanan "Sport Xəbər"in növbəti buraxılışı efirə gedib.

Burada bir neçə informasiya izləyicilərin diqqətinə çatdırılıb.

Məlumat verilib ki, millinin və «Neftçi»nin sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyev profilini dəyişib.

O, məşqçilik həyatına atılıb. Region Liqasında mübarizə aparacaq «Ağsu Siti»nin sükanı ona tapşırılıb.

36 yaşlı orta sahə oyunçusu Ağsu təmsilçisinin formasını geyinməklə yanaşı, baş məşqçi vəzifəsini yerinə yetirəcək.

Rəhbərlik İmamverdiyevin qarşısına konkret vəzifə qoyub - komandanı çempion etmək və II Liqaya çıxmaq.

"Qarabağ"ın gənc hücumçusu Əli İbrahimov karyerasını Yunanıstanda davam etdirmək fürsəti yaxalayıb. 18 yaşlı forvard "Olimpiakos"un maraq dairəsinə düşüb.

Ağdam təmsilçisinin əvəzedici heyətində və U-19 komandasında, eləcə də U-20 millisində çıxış edən Əli Pirey təmsilçisində sınaq çıxışına dəvət alıb.

Ötən mövsüm UEFA Gənclər Liqasında "Qarabağ"ın keçirdiyi 6 qarşılaşmanın 5-də (2-si əsas heyətdə, 3-ü sonradan daxil olmaqla) şans qazanan
İbrahimov "Olimpiakos"da sınaq dövrünü uğurla başa vuracağı təqdirdə,, ilk mərhələdə Yunanıstan nəhənginin əvəzedici və U-19 komandalarınıda forma geyinəcək.

Futzal üzrə Yüksək Liqanın yeni mövsümündə iştirakçı sayının artırılması planlaşdırılıb. Federasiyanın nəzdində fəaliyyətə başlayan futzal departamenti hazırda bu məsələ ilə hərtərəfli məşğuldur.

Ötən mövsüm çempionatda mübarizə aparmış, həmçinin belə bir istəyi olan müxtəlif klubların rəhbərlikləri ilə ayrı-ayrılıqda görüşlər keçirilib, fikir mübadiləsi aparılıb.

Onların problemləri dinlənilib, təklifləri öyrənilib. Toplanan rəylər müzakirə etmək üçün AFFA başbilənlərinin masasının üzərinə qoyulacaq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 16:30 Çək və bizə göndər!
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO