Premyer Liqada iki klub baş məşqçisini dəyişmək istəyir? - Gözünüzü bu VİDEOdan çəkməyin!

15 Aprel 17:00 Azərbaycan Futbolu 1 112
Premyer Liqada iki klub baş məşqçisini dəyişmək istəyir? - Gözünüzü bu VİDEOdan çəkməyin!

“Sportinfo TV”də yayımlanan “Futbol manşet”in növbəti buraxılışı çəkilib.

16 aprel tarixində “youtub” kanalında efirə gedəcək verilişdə tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə gündəmə dair dəyərləndirmələr edib, çox diqqət çəkəcək açıqlamalarla yadda qalıblar.

“Neftçi” və “Sabah”da baş məşqçi dəyişikliyinin aktual olduğunu deyib, legioner limitinin sərbəst buraxılmasına dair iddialı şərhlərlə gündəm yaradacaq fikirlər səsləndiriblər.

Odur ki, diqqətiniz sabah “Sportinfo TV”də və Sportinfo.az saytında olsun.

“Bomba” effekti verən dəyərləndirmələrə hazır olun! Çünki bu şərhlər bəzi klublarda çaxnaşma belə yarada bilər!

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!