Klublarımızın avrokubok perespektivi - KİMİN ŞANSI VAR?

28 İyul 2021 09:40 Azərbaycan Futbolu 994
Klublarımızın avrokubok perespektivi - KİMİN ŞANSI VAR?

"Neftçi" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos"la cavab oyununa çıxacaq.

Sabah isə "Qarabağ", "Sumqayıt" və "Keşlə" Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunlarını keçirəcəklər.

Vacib oyunlar öncəsi təcrübəli mütəxəssisimiz Ağasəlim Mircavadov Sportinfo.az-a təmsilçilərimizin şanslarını dəyərləndirib.

"Neftçi" - "Olimpiakos"

"Neftçi" böyük istək sayəsində "Dinamo"nu keçdi. Bu vacib amildi. Komandada istək var. "Olimpiakos"la ilk oyunda müdafiədə səhvlər oldu. İkinci oyunda xarakterin hesabına nəsə edə bilərik. Namiq Ələsgərovun olmaması hücumda həyacan ola bilər. Çünki Namiq hər hücumda nəsə edə bilirdi. Qollar vururdu. Bu hücumçu üçün vacib amildi. Amma "Neftçi"yə inanırıq. Xarakter hesabına mərhələ keçməyi bacara bilərlər".

"Aşdod" - "Qarabağ"

"Qarabağ"ın ilk oyunda qol epizodları çox oldu. Bakıya gələn İsrail klubları hər zaman öz oyunları ilə seçilib. "Aşdod" da Bakıda yaxşı əks-hücumlara çıxırdı. Evdə necə oynayacaqlar onu bilmirəm. Qol vurmaq üçün hücuma çıxmalıdılar. Belədə boşluqlar olacaq. Məncə, "Qarabağ" öz oyunu ilə bu turu keçəcək".

"Sumqayıt" - "Çukariçki"

"Düzdü, "Sumqayıt" səfərdə heç-heçə oynadı. Amma rəqibin çox sayda qol epizodu oldu. "Çukariçki" orta səviyyəli klubdur. Amma istəkləri böyük idi. Cavab oyununda bizi maraqlı oyun gözləyir. "Sumqayıt" evdə çox ağıllı oynamalıdır. Müdafiədə çox diqqətli olmaq lazımdır. Şanslar var. "Sumqayıt"ın yaxşı oyunları çox olub. Bu dəfə də elə oyunlardan birini oynasa mərhələni keçmək olar".

"Keşlə" - "Soçi"

"Keşlə" üçün çox ağırdır. "Soçi" Rusiya çempionatında oynayan klubdur. Heyətlərində elə oyunçu var ki, "Keşlə"nin bütün büdcəsinə dəyər. Bu oyunda onlar oynamırdı. 3-0-dan sonra cavab görüşünə hazırlaşmaq ağırdı. Ancaq şərəflidir ki, 1-0, 2-0 olsa da udasan. Çünki bu da klub, məşqçilər və futbolçular üçün vacib amildi. "Keşlə" bu oyunu uduzmamalıdır. Komandada xarakter olmalıdır".

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti