"Neftçi" və "Qarabağ" haqqında bunu deyə bilmərik"

23 İyul 2021 21:20 Azərbaycan Futbolu 1 350
"Neftçi" və "Qarabağ" haqqında bunu deyə bilmərik"

"Gözlədiyimiz kimi oldu. 2-3 futbolçunun alınacağı ehtimal olunurdu. Belə də oldu".

Bu sözləri Sportinfo.az-a açıqlamasında avrokuboklarda çıxış edən klublarımızın etdiyi transferlər haqqında danışan menecer Vaqif Heydərli deyib.

O, "Qarabağ" və "Neftçi"nin transfer "bazar"ındakı passivliyini daha çox önə çəkib: "Sumqayıt" yerli bazara üstünlük verir deyə, elə də təsirli nəsə baş vermədi. "Qarabağ" və "Neftçi"dən daha çox gözləyirdik. Amma həm büdcələrinə, həm də iddialarına görə istəniləni tam həyata keçirməyiblər, məncə.

"Keşlə" ilə "Sumqayıt"ın passivliyini büdcə ilə əlaqələndirmək olar. Ancaq "Neftçi" və "Qarabağ" haqqında bunu deyə bilmərik. Məncə, bu iki klubda daha çox uğursuzluq etmək qorxusu var. Əvvəl uğurlu olmayan transferlərin fonunda qınaq obyektinə çevrilmək istəmirlər. Yaxşıdan yaxşı axtarırlar deyə həm gecikirlər, həm belə olanda bir az çətin olur.

Dünya futbolunda da o klublar daha çox uğur qazanır ki, həmin qızıl orta xətti tuta bilirlər. Bunun üçün də daha əvvəlcədən bu işə başlamaq lazımdır. Təəssüf ki, bizim klubların da belə bir lüksu yoxdur. Ki, 3 il bundan sonraya qarantiya versin".

Heydərli klublarımızın transfer siyasətindəki boşluqlardan da söz açıb: "Hamı indiki nəticəni düşünür. Çempion olum və ya uğur qazanım, sonrası Allah kərimdir. Amma indidən oyunçunu izləyim və 1 il sonra transfer edim strategiyası yoxdur. Məşqçilərimiz daha çox hazır futbolçu axtarır. Hansısa məşqçiyə, həqiqətən, keyfiyyəti olan, amma son 2-3 ayı oynamayan futbolçu təklif edəndə baxmırlar. Hazır oyunçunun da qiyməti çox olur".

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi