Premyer Liqa klubları yeni mövsümə hazırlıqlarını davam etdirirlər.
Transfer bazarında hər ötən gün aktivlik artır.
Əsas diqqət çəkən məqam klublarımızın daha çox xarici bazara üz tutmasıdır.
Daxili məhsul arasında isə köhnələr ön pillədə yer tutur.
Məhdud sayda - maksimum 10-15 nəfər yerdəşimə etməklə yadda qalır.
Problem nədir?
Niyə azərbaycanlı oyunçuların transferində yerli klublar maraqlı deyil?
Qeyri-rəsmi söhbətlərdə klub rəsmiləri, məşqçilər eyni cavabı verir - yerli bazarda normal məhsul yoxdur.
Özü də şikayət ritorikası ilə.
Hətta "kimi çağıraq" tipli suallar da az eşidilmir.
Belə yerdə adam bilmir gülsün, yoxsa ağlasın.
Ay klub rəhbərləri, şirin ağızla, bəh-bəhlə "normal yerli oyunçu yoxdur" demək yerinə utanmaq lazımdır.
Axı normal yerli oyunçunu mən, mənim qonşum və ya Məlikməmməd yox, elə sizlər araya-ərsəyə gətirməli deyilsinizmi?
Ən ümdə borcunuz bu olmalıdır.
Bacarıqsız olmağınız bir dərddir, bacarıqsız olmağınıza kor olmamağınız da ondan betər dərddir.
Futbolçu yetişdirə bilmirsiniz cəhənnəm, barı buna görə utanmaq hissini özünüzdə mütləq saxlayın.
Kənardan çox gülməli görünür(sünüz)...
XANOĞLAN / SPORTİNFO.AZ

