"Qarabağ" və "Sabah"ın şansı yüksəkdir, amma..."

"Qarabağ" və "Sabah"ın şansı yüksəkdir, amma..."

Cəmi 1 həftə sonra klublarımız üçün avrokuboklar sınağı başlayır.

İlk olaraq mübarizəyə "Sabah", "Zirə" və "Qarabağ" başlayacaq.

Çempionlar Liqasında iştirak edəcək son çempionumuz Uelsin ən güclüsü TNS-lə, Avropa Liqasında mübarizəyə qoşulacaq "Qarabağ" İslandiya təmsilçisi "Vestri"ni, "Zirə" isə Konfrans Liqasında "Torpedo"nu (Gürcüstan) sınağa çəkəcək.

Hər üç təmsilçimiz ilk matçını evdə keçirəcək.

Sportinfo.az-a açıqlama verən tanınmış futbol mütəxəssisi Şahin Diniyev ayrı-ayrılıqda klublarımızın şanslarını dəyərləndirib:

"Düşünürəm ki, "Sabah" və "Qarabağ" üçün sıxıntı olmayacaq. Həm heyət, həm də keyfiyyət baxımından rəqiblərindən güclüdürlər.

Mərhələni adlamaq ehtimalı yüksəkdir.

Amma rəqibləri ciddiyə almaq mütləqdir. Çempionlar Liqasında və Avropa Liqasında sıradan komandalar olmur.

Məncə, ciddi yanaşma olsa hər hansı problem olmayacaq.

"Qarabağ"ın rəqibi ümumiyyətlə aşağı liqada çıxış edir. Büdcə, keyfiyyət baxımından "Qarabağ"dan qat-qat geri qalır. Ancaq asan oyun olmur.

Sadəcə birinci mərhələni adlamaq üçün əllərindən gözəl şans var. "Zirə" ilə bağlı vəziyyət fərqlidir. Şansların bərabər olduğunu deyərdim. Gürcüstanda çempionat davam edir. "Torpedo" formada olacaq. Səviyyəli rəqibdir.

Amma "Zirə"dən qat-qat üstün deyil. Bərabər səviyyəli komandalardı. "Zirə" fərqli planla hazırlaşırdı. Zamanla bir qədər tələsməli oldu. Anidən Konfrans Liqasında iştirak etmək xəbərinin gəlməsi tələskənlik yaratdı. Zamana ehtiyacları var.

Birinci mərhələdə uğurlu ola bilsələr, ikinci mərhələdə kollektiv daha oturuşmuş heyətə sahib olacaq. Şanslar bərabərdir.

Ümumilikdə hər üç klubumuzun şansı var. Hamısına uğurlar arzu edirəm. İnanıram ki, sonda hər şey biz arzuladığımız kimi müsbət sonlanacaq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti