"Sportinfo TV"də "Sport Xəbər"in növbəti buraxılışı efirə gedib.
Aytən Mustafayevanın təqdimatında yayımlanan verlişdə diqqətə çatdırılıb ki, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub klubun transfer çalışmalarını davam etdirməsini istəyib.
Ukraynalı çalışdırıcı tezliklə daha 3 oyunçunun alınmasında maraqlıdır. Ötən ilin dekabrından bəri burada işləyən ukraynalı onlara dair raport hazırlayıb.
Yaxınlarda müqavilə müddətini 2 il uzatmış mütəxəssis müdafiə, yarımmüdafiə və hücum xəttinə yeni "qan" vurulmasına tərəfdardır.
"Sumqayıt" isə müqaviləsi başa çatan əcnəbilərdən Ronaldo Vaskezlə yola davam etdirmək istəyir. Bu səbəbdən "kimyaçılar" 27 yaşlı dominikanlı ilə danışıqlar aparır.
Yeni baş məşqçi Filipe Kandido adıçəkilənlərin qalmasına razılıq verib. İndi qalır gəlmələrlə dil tapmaq.
Orta sahə oyunçusu 2025-ci ildən "Sumqayıt"da çıxış edir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

