"Qarabağ" Azərbaycanın UEFA ölkə reytinqində xal hesabını artırıb.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi bunu ötən gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Vestri"yə qalib gəlməklə bacarıb. Komanda ölkə aktivinə 0.250 əmsal qatıb.
Hazırda Azərbaycan 19,312 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşır. 25-ci sırada yer alan İsrailin 20,750 əmsalı var. Sıralamaya İngiltərə (101,852) liderlik edir.
Ümumilikdə Azərbaycan klubları bu həftə 0.750 əmsal qazanıblar. Daha əvvəl Çempionlar Liqasında "Sabah" TNS-ə, Konfrans Liqasında isə "Zirə" "Torpedo"ya qalib gəlib.

