Futbol ictimaiyyətinin maraqla gözlədiyi an yetişdi.
Bu gün klublarımız üçün avrokuboklar sınağı başlayır.
Bəli, Avropaya gedə bilmək üçün daxili yarışlarda uğurlu olmaq bir nömrəli şərtdir.
Amma nə mətbuat, nə mütəxəssislər, nə də azarkeşlər üçün Azərbaycan Premyer Liqasında uğurlu olmaq əsas meyar deyil.
Hamı üçün prioritet ölkə xaricində hansı nəticələrlə yadda qalmaq olacaq.
Uğurlu olana başda yer veriləcək, nəticəsi kafi olanlar ayaqlar altına atılacaq.
Tənqidlər göydə uçacaq, narazılıq dörd bir tərəfi bürüyəcək.
Ona görə də klublarımız maksimum diqqətli olmalıdır.
Xüsusilə ilk mərhələdə qəza etməyə limit yoxdur.
"Qarabağ"ın "Vestri"ni "Sabah"ın isə TNS-i sıradan çıxarması su içmək qədər asan olmalıdır.
"Neftçi"nin "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi məğlub etməsi problem olmamalıdır.
Nisbətən "Zirə"nin rəqibi güclü hesab edilə bilər, amma son illər davamlı olaraq avrokuboklarda çıxış edən "qartallar" "Torpedo"nu məğlub etmək gücündədir. Hətta buna məhkumdur da demək olar.
Bir sözlə, startda qələbələr, növbəti mərhələlər bizi gözləyir.
Kağız üzərində belə görsənir.
Futbolun sürprizlərlə dolu oyun olmasını da unutmaq olmaz.
Ümid edək ki, 4 klubumuzdan hansısa birinci mərhələdə həm sürprizlərin bir parçasına çevrilməyəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

