Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşaya qayıtmağa yaxındır.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, 29 yaşlı futbolçu “Rakov”la danışıq aparır.
Əslində, Polşa klubu Mahirin razılığını alıb. Hazırda “Rakov” rəsmiləri “Kayzerslautern”lə danışıqları davam etdirir.
Millimizin üzvünün “Rakov”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Emreli Polşada “Legiya” formasını geyinib.

