“Qarabağ”dan uzaqlaşdırılan üçün bu qədər ödəmə etməyə razılıq verdilər

12:40 Qarabağ 187
“Qarabağ”dan uzaqlaşdırılan üçün bu qədər ödəmə etməyə razılıq verdilər

“Qarabağ”ın sabiq müdafiəçisi Sami Mmaenin yeni komandası rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, o, bu dəfə həmyerlimiz Murad Məmmədovun da transfer olunduğu Kipr “Pafos”una icarəyə verilib.

Mərakeş millisinin mərkəz müdafiəçisinin müqaviləsinin maliyyə detalları da açıqlanıb. Mmae sözləşmə ilə məxsus olduğu Zaqreb “Dinamo”sunda ildə 800 min avro maaş alır.

Bu məbləğ xorvatiyalılar üçün əsas problemlərdən biri olduğundan, klub oyunçunu heyətdə saxlamaq istəməyib.

Xəbərdə qeyd olunur ki, ötən mövsüm Mae icarə əsasında “Qarabağ”da çıxış edərkən onun maaşının 70 faizini Azərbaycan klubu ödəyirdi.

Lakin tərəflər arasında əldə olunan yekun razılaşmadan sonra “Pafos” 29 yaşlı oyunçunun müqaviləsində nəzərdə tutulan 800 min avroluq maaşın tamamını öz üzərinə götürüb.

Sami Mmaenin “Dinamo” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!