"Neftçi" Qvineya yığmasının stopperini gündəminə aldı - SON DƏQİQƏ

15 İyul 14:40 Neftçi 3 369
"Neftçi" Qvineya yığmasının stopperini gündəminə aldı - SON DƏQİQƏ

«Neftçi» növbəti transfer çalışmasını həyata keçirməyi planlaşdırır.

Bu barədə saytımıza paytaxt klubundan bildirilib.

Redaksiyamıza verilən məlumata görə, stopper mövqeyində çıxış edən legionerlə hazırda danışıqlar gedir.

Yuri Vernidubun bəyəndiyi əcnəbi qvineyalıdır. Onun adı açıqlanmasa da, qeyd olunub ki, təklif göndərilən oyunçu ölkəsinin millisinin formasını geyinir və Avropada çıxış edir.

"Neftçi" bu yay 1-i yerli, 3-ü xarici olmaqla, hələlik 4 nəfərlə anlaşıb.

Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya) və Lyubomir Tupta (AEL, Yunanıstan) düşərgəyə yeni qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə