“Liverpul”un sabiq ulduzu Nabi Keyta karyerasını ölkəmizdə davam etdirə bilər.
Bu barədə “Sportinfo TV” xəbər hazırlayıb.
Bildirilib ki, "Qarabağ" seneqallı ulduzun xidmətində maraqlıdır.
"Köhlən atlar" qvineyalıya istəyini rəsmi şəkildə bildirib. Onun müqavilə ilə məxsus olduğu "Ferentsvaroş"a təklif göndərilib.
Premyer Liqamızın gümüş medalçısı 31 yaşlı mərkəz yarımmüdafiəçisi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu elan edib.
2012-ci ildən Qvineya yığmasına dəvət alan orta sahə oyunçusu daha çox "Liverpul"dakı çıxışı ilə məşhurdur. Afrikalı ulduz 2018-2023-cü illər aralığında İngiltərə nəhənginin formasını geyinib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

