“Sportinfo TV” növbəti dəfə “Sport Xəbər”lə izləyicilərinin görüşünə gəlib.
Saytımızın “yutub“ kanalının istifadəçilərinin böyük maraqla qarşılaşdığı buraxılışda bir neçə maraqlı informasiya diqqətə çatdırılıb.
Bildirilib ki, "Neftçi" Giorgos Malekkidislə maraqlanır. Sol cinah müdafiəçisi hazırda Kiprdə "Apollon"a məxsusdur.
Adıçəkilən komandanın kapitanı son mövsüm meydana çıxdığı 29 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Məlumat verilib ki, millimizin yarımmüdafiəçisi Rüfət Abdullazadə bundan sonra karyerasını İsraildə davam etdirəcək.
"Varajdin" (Xorvatiya) müqavilə ilə ona məxsus olan vingeri "Kiryat Şimona"ya icarəyə verib.
Yığmamızın sabiq legioneri Ozan Can Kökçü isə yeni müqavilə imzaladığı "Vanspor"da problemlə üzləşib.
Belə ki, I Liqa təmsilçisi Niderlandda dünyaya gəlmiş cinah oyunçusundan yerli statusu ilə yararlana biləcəyini düşünsə də, Türkiyə Futbol Federasiyası buna icazə verməyib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

