"Sabah" Azərbaycanın əmsalını daha da artırdı

15 İyul 11:00 Azərbaycan Futbolu 932
"Sabah" Azərbaycanın əmsalını daha da artırdı

"Sabah" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb.

Sportinfo.az xəbər verir ki, bu, ölkə təmsilçisinin Uelsdə TNS-ə Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 2:1 hesabı ilə qalib gəlməsi sayəsində mümkün olub.

Bu qələbə sayəsində Valdas Dambrauskasun baş məşqçisi olduğu kollektiv Azərbaycana əlavə olaraq 0,250 əmsal qazandırıb.

Beləliklə, Azərbaycanın cari mövsümdə əldə etdiyi əmsal 1,000 olub. Ölkə hazırda 19,562 əmsalla 26-cı pillədə qərarlaşıb. 27-ci yerdə Bolqarıstan (18,312), 25-ci mövqedə İsrail (20,750) yer alıb.

UEFA reytinqində İngiltərə (101,852) liderdir.

Bakıda rəqibini iki cavabsız qolla üstələyən "Sabah" qitənin bir nömrəli klub turnirinin II təsnifat mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionu bu raundda "Kups"la (Finlandiya) münasibətlərə aydınlıq gətirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı