“Qarabağ”ın yeni hücumçusu: “İndi bunun eynisini biz də etməliyik”

21:20 Qarabağ 224
“Qarabağ”ın yeni hücumçusu: “İndi bunun eynisini biz də etməliyik”

“Səfərə gedirsənsə, bütün çətinlikləri göz önünə almalısan”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın hücumçusu Zakaria Savo deyib.

Ağdam klubunun iyunda “Yurqorden”dən sıraların qatdığı qabonlu hücumçu “Vestri” ilə keçirəcəkləri Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab matçından danışıb.

Qeyd eib ki, qarşılaşma fərqli iqlim şəraitinə malik İslandiyada, süni örtüklü meydanda baş tutacaq. Üstəlik, onlar təxminən 7 saatlıq uçuş ediblər:

“Biz bütün bunların fərqindəyik. “Vestri” də burada eyni şərtlər altında oynayırdı - fərqli hava şəraitində, öyrəşmədikləri təbii örtükdə və 7 saatlıq uçuş etmişdilər.

Lakin meydanda bunu hiss etdirmədilər, döyüşdülər, mübarizə apardılar. İndi eynisini biz də etməliyik.

Peşəkar futbolçularıq, hansı turnirdə və hansı məqsədlər uğrunda mübarizə apardığımızı anlayırıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti