Bakıya dəvət olundu, problem aşkarlandı, geri göndərildi - Transfer baş tutmadı

15 İyul 12:40 Problem 2 585
Bakıya dəvət olundu, problem aşkarlandı, geri göndərildi - Transfer baş tutmadı

Aleksandr Abelin yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa”ya transferi baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, buna müdafiəçinin tibbi müayinədən keçə bilməməsi səbəb olub.

“Şəfa” ilə 1 illik müqavilə şərtlərində anlaşan və Bakıya dəvət olunan anqolalıda zədə aşkarlanıb. Bu səbəbdən afrikalı geri göndərilib.

Anqolada müqavilə ilə “Saqrada”ya məxsus olan Aleksandr Abel ötən mövsümü icarə əsasında Portuqaliyada - “Portimonense”də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM