Messinin iki qızıl ötürməsi Argentinanı finala daşıdı - VİDEO

Messinin iki qızıl ötürməsi Argentinanı finala daşıdı - VİDEO

DÇ-2026-da 2-ci finalçının da adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, İngiltərə "Atlanta Stadium"da son çempion Argentina ilə qarşılaşıb.

Görüş Argentinanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lionel Skaloninin komandası əvvəlcə hesabda geri düşsə də, daha sonra 2 qol vuraraq qalib gəlib və finala yüksəlib.

Beləliklə, DÇ-2026-nın finalında Argentina İspaniya ilə üz-üzə gələcək.

3-cü yer uğrunda görüşdə isə Fransa İngiltərə ilə qaşılaşacaq.

Həlledici oyun iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

İngiltərə - Argentina 1:2

Qollar: Entoni Qordon, 55 (1:0), Enzo Fernandeş, 85 (1:1), Lautaro Martinez, 90+2 (1:2)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!