Millimizin sabiq vingeri II liqa təmsilçisinə keçdi

15 İyul 23:20 Bizimkilər 1 147
Millimizin sabiq vingeri II liqa təmsilçisinə keçdi

Aşağı yaş qrupları üzrə Azərbaycan millilərinin sabiq futbolçusu Barış Ekincier Türkiyədə komandasını dəyişib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı sol vinger “Umraniyespor”u tərk edib.

Barış karyerasını II liqa təmsilçisi “Elazığspor”da keçirəcək.

O, ötən mövsüm “Umraniyespor”un heyətində I Liqada 37 oyun keçirib. “Elazığspor” Ekincierlə hərtərəfli anlaşıb və yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Barış Ekincier Azərbaycanın U-17, U-19 və U-21 yığmalarının heyətində forma geyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı